"İspaniyadan Şimal Afrikaya qədər gələn bütün məzlumlara ürəyimiz hər zaman açıq olub", R.T.Ərdoğan

İstanbul Süryani Kadim Fondu Mor Efrem Süryani Kadim Ortodoks Kilsəsinin təməlatma mərasimində etdiyi çıxışında R.T.Ərdoğan dedi...

1247374
"İspaniyadan Şimal Afrikaya qədər gələn bütün məzlumlara ürəyimiz hər zaman açıq olub", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Anadolu torpaqlarının dünyanın hər yerindən gələn məzlumlara qapılarını açdığını vuğruladı.

  İstanbul Süryani Kadim Fondu Mor Efrem Süryani Kadim Ortodoks Kilsəsinin təməlatma mərasimində etdiyi çıxışında R.T.Ərdoğan dedi:

  "İspaniyadan Şimal Afrikaya qədər hər yerdən bu torpaqlara gələn məzlumlar üçün qapılaramız da, ürəyimiz də hər zaman açıq olub.

  Son olaraq Suriya və İraqdan gələn, aralarında ərəb, kürd, türkmən və bu müsəlman qardaşlarımızın yanında süryani, yezidi və digər inanc sahibləri olan 4 milyona yaxın adam ölkəmizdə qonaqdır. Bizim zehinimizdə və ürəyimizdə ayrı-seçkiliyə yer olmayıb və olmayacaq.

  Türkiyəyə sevgisi, sədaqəti, qatqısı olan hər kəs Türkiyənin birinci sinif vətəndaşı sayılır.

  Terror təşkilatları və onları maşa olaraq istifadə edən güclərin əsl hədəfi ortaq vətənimizdir. Bunları boşa çıxarmanın yolu 82 milyonun birlikdə hərəkət etməsindən keçir.

  Süryani Kadim Ortodoks Kilsəsinin inşası 2 ilə tamamlanacaq. Bu da İstanbula yeni bir zənginlik qatacaq."



Әlaqәli Xәbәrlәr