“Bura türklərin ilk yazılı sənədlərinin olduğu bir məkandır", M.Şentop

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop türklərin ilk yazılı sənədlərinin olduğu Monqolustanda Orxan abidələrini ziyarət etdi.

1245053
“Bura türklərin ilk yazılı sənədlərinin olduğu bir məkandır", M.Şentop

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop türklərin ilk yazılı sənədlərinin olduğu Monqolustanda Orxan abidələrini ziyarət etdi.

  Rəsmi ziyarət üçün Monqolustanda olan Şentop Ötüken bölgəsinə keçib. İlk olaraq Karakurum muzeyinə gedən TBMM sədri başçılıq etdiyi parlament nümayəndə heyətilə birlikdə sonra Erden Zuu monastrını gəzib.

  Daha sonra M.Şentop və heyəti Orxan abidələrinin olduğu yerə keçərək burada kitabələri və digər arxeoloji əsərləri seyr edib, rəsmilərdən məlumat alıb.

  Türk tarixi başlanğıcının bir çox mühüm hadisələrinin bu məkanda baş verdiyini söyləyən Şentop deyib:

  “Bura türklərin ilk yazılı sənədlərinin olduğu bir məkandır. Göytürklər öz yaratdıqları əlifba ilə yazmışlar. Bu yazılar dövrün siyasi və ictimai hadisələri haqqında məlumatlar verir. Əsas odur ki, xalqlar mühüm məsələlərdə birlik və bərabərlik nümayiş etdirdikdə uğur qazanırlar. Birlik pozuldumu, bir-birlərinə qarşı çevrildilərmi, o zaman dövlət də, millət də çökür, tarix səhnəsindən silinirlər. Ona görə bunların bir arada olması xüsusi əhəmiyyətidir".  

  Mustafa Şentop və heyət nümayəndələri ənənəvi monqol çadırında yemək yedikdən sonra bölgədən xatirə olaraq torpaq götürüblər.  



Әlaqәli Xәbәrlәr