Ərdoğan: "Türkiyə-Malayziya-Pakistan əməkdaşlığının inkişafına dəstək verməyə davam edəcəyik"

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Türkiyə-Malayziya-Pakistan üçtərəfli əməkdaşlığının inkişafına dəstək verməyə davam edəcəklərini söylədi.

1242879
Ərdoğan: "Türkiyə-Malayziya-Pakistan əməkdaşlığının inkişafına dəstək verməyə davam edəcəyik"

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Türkiyə-Malayziya-Pakistan üçtərəfli əməkdaşlığının inkişafına dəstək verməyə davam edəcəklərini söylədi.
 
 Ərdoğan bunu paytaxt Ankarada rəsmi səfərdə olan Malayziyanın baş naziri Mahathir Məhəmmədlə keçirdiyi təkbətək və heyətlərarası görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirdi.
 
 Türkiyə prezidenti ötən gün keçirilən görüşlərdə D8 üzvü olan iki strateji tərəfdaş kimi əməkdaşlıq istiqamətində atılacaq addımları müzakirə etdiklərini qeyd etdi.
 
 Malayziyanın İstanbulda baş konsulluq açmaq barəsində qərar qəbul etdiyini də söyləyən Ərdoğan bu addımın ikitərəfli münasibətlərə əhəmiyyətli töhfə verəcəyini ifadə etdi.
 
 Prezident Ərdoğan Cənub-Şərqi Asiya (Filippin, Malayziya, Tailand, İndoneziya, Sinqapur) Millətlər Birliyi (ASEAN) ilə   tərəfdaşlıq çərçivəsində Malayziyaya xüsusi əhəmiyyət verdiklərini vurğulayaraq: "Fələstin mübarizəsi başda olmaqla, Rohingya böhranı və islamafobiya kimi məsələlərdə birgə mövqe nümayiş etdiririk. Malayziya ilə bu istiqamətdəki əməkdaşlığımızı daha da gücləndirəcəyik. Cənab Mahathirin təklifi ilə xarici işlər nazirləri səviyyəsində başlanan Türkiyə-Malayziya-Pakistan üçtərəfli əməkdaşlığının inkişafına dəstək verməyə davam edəcəyik" deyə danışdı.
 
 Ərdoğan Türkiyə ilə Malaziya arasında böyük ticarət potensialı olduğunu da vurğuladı.
 
 Prezident Ərdoğan birgə mətbuat konfransından əvvəl Malayziyanın baş naziri Mahathir Məhəmmədi Respublika ordeni ilə təltif etdi.



Әlaqәli Xәbәrlәr