Ərdoğan Malaziyanın baş nazirini rəsmi mərasimlə qarşıladı.

Malaziya baş naziri Türkiyə Qvardiya Alayını türkcə "Merhaba, əsgər" deyərək salamladı.

1242650
Ərdoğan Malaziyanın baş nazirini rəsmi mərasimlə qarşıladı.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malaziyanın baş naziri Mahathir Məhəmmədi paytaxt Ankarada rəsmi mərasimlə və Prezident Aparatının əsas giriş qapısında qarşıladı.

  Malaziya baş naziri Türkiyə Qvardiya Alayını türkcə "Merhaba, əsgər" deyərək salamladı.

  İki ölkə nümayəndə heyətlərinin təqdimatından sonra Ərdoğan və Məhəmməd təkbətək və heyətlərarası görüşlərə keçdi.

  Daha sonra Türkiyə prezidenti Malaziya baş nazirinə “Cümhuriyyət ordeni” təqdim etdi, birgə mətbuat konfransı keçirildi.

  Prezident Ərdoğan Məhəmmədin şərəfinə rəsmi şam yeməyi də verdi.

  Mərasimlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, sənaye və texnologiya naziri Mustafa Varank, baş qərargah rəisi, ordu generalı Yaşar Güler, Prezident Aparatı Mətbat Xidmətinin rəhbəri Fahrettin Altun, Prezident Aparatının sözçüsü İbrahim Kalın, müdafiə sənayesi rəisi İsmayıl Demir, Türkiyənin Malaziyadakı (Kuala Lumpur) səfiri Merve Kavakcı və Ankara valisi Vasip Şahın də iştirak edirdi.



Әlaqәli Xәbәrlәr