Türkiyəyə "S-400"ün təhvilinin birinci mərhələsi başa çatıb

Məlumata əsasən, Milli Müdafiә Nazirliyindә mәlumatlandırılma toplantısı keçirilib.

1242413
Türkiyəyə "S-400"ün təhvilinin birinci mərhələsi başa çatıb

 

Türkiyənin Müdafə Nazirliyi ölkəyə "S-400" zenit raket kompleksinin tәhvilinin  birinci mərhələsinin başa catdırıldığı haqqında məlumat yayıb.

Məlumata əsasən, Milli Müdafiә Nazirliyindә mәlumatlandırılma toplantısı keçirilib.

Milli Müdafiә Nazirliyindәn  bildirilib ki, ‘‘S-400" zenit raket kompleksinin materialları 30 tәyyarә vasitәsilә paytaxt Ankaradakı Mürtәd Hava Meydanına çatdırılıb. ‘‘S-400" zenit raket kompleksinin tәhvili ilә bağlı proses üç mәrhәlәdәn ibarәt olacaq. Zenit-raket kompleksinin digәr materialları da Ankaraya göndәrilәcәk.

Mәlumatda hәmçinin Şimali Atlantika Müqavilәsi (NATO) çәrçivәsindә Fransadan ‘‘Samp-T’’  tipli batareyanın alınaraq Türkiyәnin cәnub sәrhәdinә yerlәşdirilәcәyi dә bildirilib.

Toplantıda Suriyanın şimalında yaradılması planlaşdırılan tәhlükәsiz böldә mәsәlәsinin dә gündәmә gәldiyi vurğulanıb.

Mәlumatda  Fərat çayının şərqində separatçı terror təşkilatı YPG/PKK-ya  qarşı aparılacaq mümkün əməliyyatla bağlı qәtiyyәtin  Amerika Birləşmiş Ştatları nümayəndə heyətinə çatdırdığı, ölkә daxilindә vә İraqın şimalında aparılan əməliyyatlar nәticәsindә  son üç ay әrzindә 489 terrorçunun zәrәrsizlәşdirildiyi dә qeyd olunub.



Әlaqәli Xәbәrlәr