Mövlud Çavuşoğlu: ‘‘ABŞ-ın yeni tәklifi qәnaәtbәxş deyil’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Amerika Birlәşmiş Ştatlarının  Suriyada  tәhlükәsiz bölgәnin yaradılması ilә bağlı yeni tәklifinin qәnaәtbәxş olmadığını söylәyib.

1241685
Mövlud Çavuşoğlu: ‘‘ABŞ-ın yeni tәklifi qәnaәtbәxş deyil’’

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Amerika Birlәşmiş Ştatlarının  Suriyada  tәhlükәsiz bölgәnin yaradılması ilә bağlı yeni tәklifinin qәnaәtbәxş olmadığını söylәyib.

Mövlud Çavuşoğlu paytaxt Ankarada sәfәrdә olan Nikaraqua xarici işlәr naziri Denis Monkada Kolindres ilә keçirdiyi birgә mәtbuat konfransında Suriya böhranını qiymәtlәndirib.

‘‘Qarşıdakı  günlərdə Konstitusiya Komissiyasının strukturunu elan edə bilәrik",-deyә Türkiyәnin xarici işlәr naziri qeyd edib.

Suriyada tәhlükәsiz bölgәnin yaradılması mәsәlәsinә toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘Amerika Birlәşmiş Ştatlarının  Suriyada tәhlükәsiz bölgәnin yaradılması ilә bağlı yeni tәklifi qәnaәtbәxş deyil. Vaxt  itirmәdәn  tәhlükәsiz bölgә mәsәlәsindә razılıq әldә olunmalıdır. Bizim artıq sәbrimiz tükәnib. Amerika Birlәşmiş Ştatları ilә razılıq әldә olunmayacağı tәqdirdә lazımi addımlar atılacaq’’.

Rejim qüvvәlәrin İdlib şәhәrinә etdiyi  hücumlar vә Rusiya xarici işlәr naziri Sergey Lavrovla keçirdiyi görüşlә bağlı jurnalistlәrin suallarını cavablandıran Mövlud Çavuşoğlu rusiyalı hәmkarından hücumların dayandırılmasını istәdiyini söylәyib.

Mәlumata görә Mövlud Çavuşoğlu görüşdә  Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğanın bu məsələdəki mesajını da qarşı tәrәfә çatdırıb.



Әlaqәli Xәbәrlәr