ABŞ Türkiyə və S-400 məsələsini yenə müzakirəyə çıxardı

Ağ Evdə 45 Respublikaçı senatorla mətbuata qapalı keçirilən və bir saatdan çox çəkən iclasda Türkiyəyə dair "ABŞ-ın düşmənləri sanksiyalar yolu ilə mübarizə aparma qanunu" (CAATSA) kontekstindəki mümkün sanksiyalar müzakirə olunub.

1241178
ABŞ Türkiyə və S-400 məsələsini yenə müzakirəyə çıxardı

  Amerika Birləşmiş Ştatlarının prezidenti (ABŞ) Donald Tramp Respublikaçı senatorlarla Türkiyə və S-400 məsələsini müzakirə edib.

  Ağ Evdə 45 Respublikaçı senatorla mətbuata qapalı keçirilən və bir saatdan çox çəkən iclasda Türkiyəyə dair "ABŞ-ın düşmənləri sanksiyalar yolu ilə mübarizə aparma qanunu" (CAATSA) kontekstindəki mümkün sanksiyalar müzakirə olunub.  

  Yığıncaqda aparıcı Respublikaçı senatorlardan Lindsi Qrem (Lindsey Graham), Tom Kotton (Tom Cotton), Mitç Makkonnell (Mitch Mcconnell), Rend Pol (Rand Pol), Marko Rubio və Ceyms Riş (James Risch) iştirak edib.

  Toplantı ilə bağlı Ağ Evdən hər hansı bir açıqlama verilməyib.

  Xatırladaq ki, ABŞ prezidenti D.Tramp son açıqlamasında Türkiyə məsələsilə bağlı Barak Obama administrasiyasını tənqid edərək demişdi: “Çox çətin vəziyyət yaranıb. Türkiyə kontekstində əvvəlki hakimiyyət çox böyük səhvlər edib və bu, çox pis olub. Hazırda isə sanksiyalar məsələsinə baxırıq, nə edə bilərik deyə. Hələlik düşündüyümüz qərarı açıqlamırıq".



Әlaqәli Xәbәrlәr