ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyədə səfərdədir

ABŞ Dövlət Departamentinin açıqlamasında Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefirinin Türkiyə hökumətinin dəvətilə Ankaraya gəldiyi qeyd edilib.

1239669
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyədə səfərdədir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Türkiyədə səfərdə olduğu və səlahiyyətlilərlə Türkiyənin təhlükəsizliklə əlaqədar narahatlığı və Suriyada son dövrdə baş verən hadisələri müzakirə edəcəyi bildirilib.

ABŞ Dövlət Departamentinin açıqlamasında Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefirinin Türkiyə hökumətinin dəvətilə Ankaraya gəldiyi qeyd edilib.

Cefrinin 22-23 iyulda Türkiyədə səlahiyyətlilərlə görüş keçirəcəyi vurğulanan açıqlamada “Səfir Cefri və Türkiyə rəsmiləri ölkənin qanuni təhlükəsizlik narahatlıqlarını, Suriya məsələsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının qərarının tətbiq edilməsi və DEAŞ-ın məğlubiyyətinin daimi hala gətirilməsi kimi mövzularda davam edən səylərimizi müzakirə edəcəklər” ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr