Akar:"Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun cənub cinahındakı gücünə mənfi təsir edəcək"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyənin F-35 proqramından çıxarılmasının NATO-nun cənub cinahındakı gücünə də mənfi təsir göstərəciyini bildirdi.

1238586
Akar:"Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun cənub cinahındakı gücünə mənfi təsir edəcək"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyənin F-35 proqramından çıxarılmasının NATO-nun cənub cinahındakı gücünə də mənfi təsir edəcəyini bildirdi.

 Türkiyə milli müdafiə naziri Hulusi Akar  Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qüvvələri komandanı, ordu generalı Ümid Dündar, Hərbi Dəniz Qüvvələri komandiri, ordu admiralı  Adnan Özbal və Hərbi  Hava Qüvvələri komandanı, ordu generalı Həsən Küçükakyüz ilə Suriya  ilə həmsərhəd olan bölgədəki hərbi hissələrdə apardığı araşdırma və yoxlamalardan  sonra Anadolu Xəbər  Agentliyinin müxbirinin gündəmə dair suallarını cavablandırdı.

  Amerika Birləşmiş Ştatlarının Türkiyəni F-35 proqramından çıxarması qərarına dair fikri soruşulan Akar Türkiyənin ciddi bir hava və raket təhdidi altında olduğuna diqqəi çəkdi.

 Akar  Türkiyənin 2000-ci illərin illərin əvvəlindən etibarən intensiv şəkildə davam etdirdiyi Uzun Mənzilli Bölgə Hava və Raket Müdafiə Sisteminin (UMBHFSS) tədarükü ilə bağlı fəaliyyətlərinə strateji ortağı olan ABŞ-ın verdiyi cavabların gec və qənaətbəxş olmadığını bildirərək: "Bu çərçivədə S-400-lərin alımı  seçimdən  zərurətə çevrildi. F-35 layihəsinin mühüm tərəfdaşı olan və bütün öhdəliklərini yerinə yetirən Türkiyənin birtərəfli və ədalətsiz bir qərar ilə layihə və iş paylarından çıxarılmağa çalışılmasının qanuni əsasa söykənmədiyi açıqdır" dedi.

 ABŞ-dakı ağlabatan ifadələrlə yanaşı verilən bəzi açıqlamaların birtərəfli olduğunu və müttəfiqlik ruhu ilə uyğun gəlmədiyini vurğulayan milli müdafiə naziri: "F-35 proqramından çıxarılmağımız NATO-nun  cənub cinahındakı gücünə də mənfi təsir göstərəcək.

ABŞ-ın hazırkı mövqeyindən imtina etməsini və münasibətlərimizə zərər verə biləcək addımlardan çəkinməsini gözləmək strateji tərəfdaş kimi ən təbii haqqımızdır" deyə danışdı.



Әlaqәli Xәbәrlәr