İsmail Dəmir ABŞ-nın “F-35”-lərlə  bağlı qərarına münasibət bildirib

Türkiyə F-35 mövzusundakı bütün öhdəliyini qüsursuz yerinə yetirib. Bunu Türkiyə Dövlət Müdafiə Sənayesinin Başçısı İsmail Dəmir deyib.

İsmail Dəmir ABŞ-nın “F-35”-lərlə  bağlı qərarına münasibət bildirib

ABŞ-nın Türkiyəni F-35 proqramından çıxarma qərarına dair Paytaxt Ankarada jurnalistlərin ünvanladıqları sualları cavablandıran Dəmir: “Bu təktərəfli qərardır. Konvensiyalara uygun deyil. Hazırda qərarın rəsmiyyət qazanmasını gözləyirik. Mövcud vəziyyətdə təxirə salmaq kimi ifadələr səsləndirirlər. Çıxarmaq kəlməsini ifadə etməkdə hələlik imtina edirlər. Türkiyənin layihədən çıxarılması halında hər bir təyyarə üçün xərc 7-8 milyon dollar artacaq. Türkiyə alternativləri qiymətləndirməkdə davam edəcək. Milli döyüş Təyyarə layihəsi də sürətlə davam edir və daha da sürətləndiriləcək”-deyə Dəmir vurğulayıb.



Әlaqәli Xәbәrlәr