Hulusi Akar Suriya sərhədindəki hərbi birliklərdə oldu
Türkiyə milli müdafiə naziri Hulusi Akar və ordu komandanları Suriya sərhədindəki hərbi birliklərdəki vəziyyətlə tanış olurlar.

Türkiyə milli müdafiə naziri Hulusi Akar və ordu komandanları Suriya sərhədindəki hərbi birliklərdəki vəziyyətlə tanış olurlar.
Türkiyə milli müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı, ordu generalı Ümid Dündar, Dəniz Qüvvələri komandiri, ordu admiralı Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Həsən Küçükakyüz Suriya sərhədindəki hərbi birliklərdəki vəziyyətlə tanış olmaq üçün
Hataya getdilər.
Hatay Hava Limanında vali Rəhmi Doğan, 2-ci Ordu komandanı vəzifəsini icra edən general-leytenant Sinan Yayla və digər rəsmilər tərəfindən qarşılanan milli müdafiə naziri və ordu komandanları buradan sərhəd xəttindəki birliklərə keçdilər.
Akar qoşun komandanları ilə görüşdü, fəaliyyətlər haqqında komandirlərdən məlumat aldı.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (26 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 134 ölüm faktı qeydə alınıb.