Türkiyə prezidenti Ərbildə törədilən hücumu qınadı

İraqın şimalındakı Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşlarının da olduğu restorana silahlı hücum təşkil edildi. Hücumda 1 türkiyəli diplomat şəhid oldu.

Türkiyə prezidenti Ərbildə törədilən hücumu qınadı

İraqın şimalındakı Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşlarının da olduğu restorana silahlı hücum təşkil edildi.

Hücumda 1 türkiyəli diplomat şəhid oldu.
 
 Hücumda bir nəfərin də yaralandığı bildirilir.
 
 Hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələri göndərilib.

Bəzi mənbələr  təcavüzkar, və ya  təcavüzkarların qaçdığını, bu səbəbdən Ərbilə olan bütün giriş-çıxışların bağlanıldığını bildirir.
 
 Restoran sahibinin verdiyi məlumata görə, konsulluğun əməkdaşları içəri girdikdən sonra mülki geyimli və üzərində iki silah daşıyan təcavüzkar bilavasitə konsulluq işçilərini hədəf alaraq atəş açıb.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" vasitəsilə verdiyi açıqlamada hücumu qınadı.
 
 Ərdoğan açıqlamada:"Ərbildəki konsulluğumuzun əməkdaşlarına qarşı edilən mənfur hücumu qınayıram. Hücumda şəhid olan konsulluq əməkdaşına Allahdan rəhmət diləyirəm. Hücumu törədənlərin tezliklə tapılmaları üçün İraq orqanları və yerli rəsmilərlə birlikdə fəaliyyətimiz davam edir" ifadələrini işlətdi.
 
 Türkiyə Xarici İşlər Nazirliyi də Türkiyənin Ərbildəki Baş Konsulluğunun həmkarının şəhid olduğu təcavüzlə bağlı bəyanat yaydı.
 
 Bəyanatda deyilir: "Bu gün (17 iyul) günortadan sonra Ərbildəki Baş Konsulluğumuzun bir işçisi Baş Konsulluğumuzun  binasından kənarda olduğu bir zamanda uğradığı mənfur silahlı hücum nəticəsində şəhid olmuşdur. Hücumun cinayətkarlarının tezliklə tapılması üçün İraq orqanları və yerli rəsmilərlə birgə fəaliyyətimiz davam edir". Şəhidlərimizə Allahdan rəhmət, kədərli ailəsinə və bütün Türk Xalqına səbir diləyirik".
 
 Türkiyə Prezident Aparatının sözçüsü İbrahin Kalın da "Twitter" vasitəsilə açıqlama verərək: "Bu xain hücumu edənlərə lazımi cavab veriləcəkdir" dedi.



Әlaqәli Xәbәrlәr