Türkiyәnin Bağdaddakı sәfiri Mosulda görüşlәr keçirib

Türkiyәnin Bağdaddakı sәfiri Fatih Yıldız Mosul Baş Konsulluğunun qısa zamanda fәaliyyәtә keçәcәyini bildirib.

1235662
Türkiyәnin Bağdaddakı sәfiri Mosulda görüşlәr keçirib
Fatih Yildiz-Mansur el-Marid.jpg

 

Türkiyәnin Bağdaddakı sәfiri Fatih Yıldız Mosul Baş Konsulluğunun qısa zamanda fәaliyyәtә keçәcәyini bildirib.

İraqın Mosul şәhәrindә görüşlәr keçirәn sәfir Fatih Yıldız Mosul Mәclisi, Mosul Universitetinә  vә Mosul Ticarәt Palatasına baş çәkib.

Fatih Yıldız Mosul valisi Mansur әl-Maridlә birgә mәtbuat konfransı tәşkil edib.

Mәtbuat konfransında çıxış edәn Yıldız bildirib ki, Mosulun Türkiyә ilә çox güclü tarixi bağları var. Mosul orqanları ilә  ticarət, investisiya vә  nəqliyyat mәsәlәlәrini müzakirә edirik.

Türkiyәnin Mosuldakı Baş Konsulluğunun yenidәn fәaliyyәtә keçmәsi üçün İraq rәhbәrliyindәn razılıq aldıqlarını deyәn Fatih Yıldız qeyd edib ki, Türkiyәnin Mosuldakı Baş Konsulluğu qısa zamanda fәaliyyәtә keçәcәk.

Fatih Yıldız Mosulun Sincar bölgәsindә separatçı terror tәşkilatı PKK-ya qarşı aparılan mübarizәyә toxunaraq  bildirib ki, bu mәsәlәdә şәhәrdәki orqanlarla әmәkdaşlıq etdiklәrini bildirib.



Әlaqәli Xәbәrlәr