Fәtullahçı Terror Tәşkilatının hәyata keçirdiyi xain çevriliş cәhdindәn 3 il ötür

Xain Fәtullahçı Terror Tәşkilatının üzvlәri 2016-cı ilin 15 iyul tarixindә demokratiyanı heçә sayaraq 251 nәfәri şәhid, 2194 nәfәri  dә qazi etdi.

1235944
Fәtullahçı Terror Tәşkilatının hәyata keçirdiyi xain çevriliş cәhdindәn 3 il ötür
15 temmuz askeri darbe girişimi.jpg
15 temmuz.jpg
15 temmuz, tank.JPG
15 Temmuz Kahramanlık Destanı 9.jpg
15 Temmuz_İstanbul.jpg

Fәtullahçı Terror Tәşkilatının hәyata keçirdiyi xain çevriliş cәhdindәn 3 il ötür.

Xain Fәtullahçı Terror Tәşkilatının üzvlәri 2016-cı ilin 15 iyul tarixindә demokratiyanı heçә sayaraq 251 nәfәri şәhid, 2194 nәfәri  dә qazi etdi.

Türkiyә Silahlı Qüvvәlәrinә sızmış FETÖ üzvlәrinin 35 tәyyarә, 3 gәmi, 37 helikopter, 74-ü tank olmaqla 246 zirәhli texnika vә 4 minәdәk silahla hәyata keçirdiyi  çevriliş cәhdi Türkiyә Respublikası tarixinә qara lәkә kimi düşdü.

Çevriliş cәhdinin  yaşandığı tarixdә Prezident Aparatının baş katibi Fahri Kasırqa vә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi vәzifәsini icra edәn general Hulusi Akarın da aralarında olduğu  bir çox komandan çevrilişçilәr tәrәfindәn saxlanıldı.

Ankara sәmalarında uçan döyüş tәyyarәlәri Türkiyә Böyük Millәt Mәclisi, Prezident Kompleksi, Polis İdarәsi, Milli Kәşfiyyat İdarәsi vә TÜRKSAT-ı bombaladı.

İstanbulda isә strateji әhәmiyyәtә malik bölgәlәri hәdәf alan çevrilişçilәr әvvәl iki  qitәni bir-birinә bağlayan ‘‘Boğaziçi’’  vә ‘‘Fatih Sultan Mehmet’’ körpülәrini yerli vaxtla saat 22.00-da nәqliyyatın hәrәkәti üçün  bağladı. Körpüyә axışan xalqa atәş açıldı.

Kuleli  Hərbi Məktəbində isə həyəcan siqnalı verildi və hərbi yük maşınları ‘‘Boğaziçi’’ vә ‘‘Fatih Sultan Mehmet’’ körpülәri ilә  Kandilli-Beykoz istiqamətinə doğru  hərəkət etdi.  Məktəb qarşısındakı bəzi piyadalar da həbs edildi.

Bir qrup çevrilişçi İstanbul Valilik binasına daxil olarkәn, başqa bir qrup da Atatürk Hava Limanını ələ keçirmək istədi.

Hava Nəqliyyatına Nəzarət Qülləsini ələ keçirən çevrilişçilәr  bütün uçuşları tәxirә saldı. F-16 döyüş təyyarələri ilə hava limanı üzərində  uçuşlar hәyata keçirən çevrilişçilər  sərnişin təyyarələrinin enmәsinә  vә havaya qalxmasına maniә törәtdi.

Hәmin dövrdә baş nazir vәzifәsini icra edәn Binәli Yıldırım yerli vaxtla saat 23.02-dә televiya kanallarının canlı yayımına bağlanaraq çevrilişә cәhd olduğunu ehtimal etdiklәrini bildirәrәk bu qanunsuz tәşәbbüsә  cәhd edәnlәrin ağır şәkildә cәzalandırılacaqlarını bildirdi.

Çevrilişçilәrin idarә etdiklәri helikopterlәrin  Milli Kәşfiyyat İdarәsinin binasına zәrbәlәr endirdiyi zaman  TRT-yә gedәn qiyamçılar yerli vaxtla saat 00.13-dә canlı yayımda çevriliş bәyannamәsi oxutdu.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan yerli vaxtla saat 00.24-dә CNN Türk telekanalının canlı yayımına bağlanaraq Türkiyә Silahlı Qüvvәlәrinә sızmış bir qrupun çevrilişә cәhd etdiyini bildirdi.

Әrdoğan xalqa meydanlara axışmaları ilә bağlı çağırış etdi. Türk xalqı prezident Rәcәb Tayyib Әrdoğanın çağırışlarına cavab verәrәk bir bәdәn oldu. Canı bahasına meydanlara axışdı, üzәrlәrinә gәlәn tankların lülәlәrinә canlarını sipәr etdi vә bu xain çevriliş cәhdini dәf etdi. Xalq demokratiya zәfәrinә imza atdı.

Çevriliş Cәhdinin uğursuzluqla nәticәlәnәcәyini anlayan әsgәrlәr  sabah saatlarında Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından çıxaraq polisә tәslim olmağa başladılar. Qısa zaman әrzindә xüsusi tәyinatlı polislәr dә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahına daxil oldular.

Baş nazir Binәli Yıldırım növbәti gün saat 12.57-dә Çankaya Köşkündә verdiyi açıqlamada çevriliş cәhdinin dәf edildiyini bildirdi.

Hәmin gün Türkiyә tarixinә ‘‘Demokratiyanın zәfәri, xalqın böyük dastanı’’ kimi düşdü.



Әlaqәli Xәbәrlәr