Azәrbaycanda 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar tәdbirlәr keçirilib

Azәrbaycanın paytaxtı Bakıda 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar  tәdbir keçirilib.

1236012
Azәrbaycanda 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar tәdbirlәr keçirilib
belcika 15 temmuz.jpg
baku 15 temmuz.jpg

 

Azәrbaycanın paytaxtı Bakıda 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar  tәdbir keçirilib. Tәdbirdә Qurani-Kәrimdәn ayәlәr oxunub.

Tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin  Xarici əlaqələr komitəsinin  sədri Volkan Bozkır burada etdiyi çıxışında 15 iyulda baş verәnlәri qiymәtlәndirib. Volkan Bozkır bildirib ki, iyulun 15-dә Türkiyә xain terror hücumu ilә üz-üzә qaldı. Türkiyә xalqının canı bahasına meydanlara axışdığını deyәn Bozkır xainlәrin layiq olduqları cәzanı hüquq normaları çәrçivәsindә aldıqlarını vә alacağını qeyd edib.

Türkiyənin Nur-Sultandakı səfirliyində dә 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar mәtbuat konfransı tәşkil edilib.

15 İyul qəhrəmanların xatirәlәri  Belçikada da dualarla yad edilib.

Brüsseldə səfir Levent Gümrükçünün ev sahibliyi ilә keçirilәn anım mәrasimindә  FETÖ ilə xaricdə mübarizənin bitmədiyi xatırladılıb.

Mərasimdə 15 İyul ilә bağlı  hazırlanan sənədli film dә nümayiş olunub.

Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri  Ersin Tatar da  15 İyul Demokratiya və Milli Birlik Günü  ilә әlaqәdar  açıqlama verib.

"15 İyul gecəsi oynanan böyük oyun Türk Xalqının cəsarəti ilə dәf edilib",-deyә Ersin Tatar qeyd edib.

Rusiya, İsveç, Danimarka, Cənubi Koreya, Tayvan, Avstraliya, Gürcüstan, işğal altındakı Şərqi Qüds, İraq və Pakistanda təşkil olunan mərasimlərdə də şəhidlərə dualar oxunub.



Әlaqәli Xәbәrlәr