İbrahim Kalın Aleksandr Lavrentiyevlә görüşüb

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın  Rusiya Federasiyasının Suriya üzrә xüsusi nümayәndәsi Aleksandr Lavrentiyevi qәbul edib.

İbrahim Kalın Aleksandr Lavrentiyevlә görüşüb

 

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın  Rusiya Federasiyasının Suriya üzrә xüsusi nümayәndәsi Aleksandr Lavrentiyevi qәbul edib.

Prezident İqamәtgahında baş tutan görüşdә Suriyadakı son vәziyyәt müzakirә olunub.

Türkiyənin milli təhlükəsizlik mәsәlәsindәki ilkin  prioritetlərinin vurğulandığı görüşdә Suriyada konstitusiya komissiyasının yaradılması, Suriyada  terrorla mübarizə, deeskalasiya zonası, DEAŞ, PKK/YPG/PYD daxil olmaqla bütün terror tәşkilatlarına qarşı mübarizə, Suriyanın ərazi bütövlüyü çərçivəsində siyasi həllin әldә olunması vә  Suriyanın yenidən qurulması ilә bağlı  məsələlər gündəmə gəldi.

Tәrәflәr  Suriya mәsәlәsi ilә bağlı keçirilmәsi planlaşdırılan üçtәrәfli vә dördtәrәfli zirvә toplantısının gündәmi vә tarixini dә qiymәtlәndiriblәr.

Görüşdә hәmçinin Türkiyәnin tәhlükәsizlik mәsәlәsi ilә bağlı narahatlığının aradan qaldırılacağı vә bölgәnin bütün terror qruplaşmalarından tәmizlәnәcәyi bildirilib.



Әlaqәli Xәbәrlәr