ABŞ-ın yeni təyin olunmuş Ankara səfiri artıq Türkiyədədir

Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş Ankara səfiri Devid Satterfild (David Satterfield) ötən gün Türkiyəyə gəldi.

ABŞ-ın yeni təyin olunmuş Ankara səfiri artıq Türkiyədədir

Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş Ankara səfiri Devid Satterfild (David Satterfield) ötən gün Türkiyəyə gəldi.
 
 Səfir Satterfieldi hava limanında ABŞ-ın Ankaradakı Səfirliyinin müvəqqəti İşlər vəkili Cefri M. Hovenye (Jeffrey M. Hovenier) qarşıladı.
 
 ABŞ-ın Ankaradakı Səfirliyi bu məlumatı "Twitter" hesabından paylaşaraq: "ABŞ-ın Ankara səfiri təyin olunan Devid Satterfildin bu gün Ankaraya gəldiyini bildiririk. Türkiyəyə xoş gəldiniz!" ifadəsi işlədildi.
 
 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ildə vəzifəyə başladıqdan sonra eyni ildə Türkiyədəki vəzifə müddəti başa çatan ABŞ-ın Ankaradakı səfiri Con Bassı (John Bass) Əfqanıstana səfir göndərmişdi.
 
 Bass Ankaranı tərk etdikdən sonra  təxminən 1,5 il Türkiyəyə səfir təyin olunmamışdı.
 
 Tramp 1,5 ildən sonra 6 fevral tarixində ABŞ-ın Ankaradakı səfiri vəzifəsinə Devid Satterfildin namizədliyini irəli sürmüşdü.
 
 ABŞ Senatı da iyunun 28-də Satterfildi bu vəzifəyə təsdiq etmişdi.



Әlaqәli Xәbәrlәr