Türkiyə prezidenti 15 İyul Demokratiya və Milli Birlik Günü loqosunu profil rəsmi kimi istifadə etdi

Fətullahçı Terror Təşkilatının xain dövlət çevrilişi cəhdinin 3-cü ilində 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə yeni loqo hazırlandı.

1232145

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yeni loqonu rəsmi "Twitter" hesabında profil rəsmi olaraq istifadə etməyə başladı.
 
 15 İyul Demokratiya və Milli Birlik Günü çərçivəsində ölkə daxilində keçiriləcək tədbirlərdə istifadə edilmək üçün hazırlanan yeni loqo "www.15temmuz.gov.tr" adlı internet saytında nümayiş olundu.
 
 Türkiyə Prezident Aparatı, Prezident Aparatı Kommunikasiya İdarəsi, Prezident Aparatı Strategiya və Büdcə İdarəsinin rəsmi sosial media hesapları, Prezident Aparatı Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun sosial media hesabı və nazirliklər də loqonu profil rəsmi olaraq istifadə etdilər.

Әlaqәli Xәbәrlәr