Türk universitetləri Əfqanıstan gənclərinə tanıdıldı

Türkiyə və Şimali Kipr Türk Respublikasında (Qıbrız) fəaliyyət göstərən 8 universitet Əfqanıstanın paytaxtı Kabildə keçirilən Türk Universitetləri Təqdimat Sərgisində əfqan gənclərə tanıdılıb.

1228364

  Türkiyə Hava Yollarının (THY) dəstəklədiyi və “Turkey Study Center”in təşkil etdiyi sərginin açılış mərasimində Türkiyənin Əfqanıstandakı səfiri Oğuzhan Ərtoğrul, “Turkey Study Center”in direktoru Məhəmməd Aralı, Türkiyə və Şimali Kiprdə fəaliyyət göstərən 8 universitetin nümayəndələri iştirak ediblər.

  Çıxışında “Turkey Study Center”in direktoru Məhəmməd Aralı deyib:

  “Əfqanıstan Türkiyəyə tələbə göndərən ölkələr arasında 5-ci sıradadır. Paytaxt Kabildə ilk dəfə təşkil etdiyimiz bu sərgi sayəsində Əfqanıstan gəncləri Türkiyə və Şimali Kiprdəki universitetlərlə tanış ola və ölkəmizdə təhsil ala bilərlər.

  Türkiyə və Əfqanıstan dövlətləri aralarındakı münasibətləri təhsillə daha da möhkəmləndirməyi qarşılarına məqsəd qoyub”.

Әlaqәli Xәbәrlәr