Əminə Ərdoğan Yaponiyadakı məsciddə müsəlman qadınlara xitab etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan rəsmi səfər çərçivəsində olduğu Yaponiyada Tokio məscidini ziyarət edib.

1228356
Əminə Ərdoğan Yaponiyadakı məsciddə müsəlman qadınlara xitab etdi
emine erdogan tokyo camii, yemek1.jpg

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan rəsmi səfər çərçivəsində olduğu Yaponiyada Tokio məscidini ziyarət edib.

  Məsciddə müsəlman qadınlara müraciət edən Əminə Ərdoğan İslamofobiya ilə mübarizəyə yönəlik mesajlar verərək deyib:  

  “İslamofobiyaya qarşı ən effektiv mübarizə sülh və tolerantlıq dini olan İslamı ən yaxşı şəkildə təmsil etməkdir.

  İslamı doğru tanıtmaq baxımından qadınların üzərinə böyük vəzifə düşür. Dünyanın ən qədim universiteti Fatimə əl-Fıhri adlı bir müsəlman qadın tərəfindən Mərakeşdə qurulub.

  İslam tarixinə adlarını həkk etdirən xanımların izlərini təqib etməliyik.”

  Yaponiyanın Türkiyə üçün çox xüsusi bir ölkə olduğunu da vurğulayan Əminə Ərdoğan bu sözləri deyib:

  “Türklər və yaponlar bir-birinə hər zaman dost olub və bu, belə də davam edəcək. Bizim bir-birimizdən görüb-öyrənəcəyimiz çox şey var".

  Türkiyə prezidentinin həyat yoldaşı Tokioda Yunus Əmrə İnstitutunu da baş çəkib.



Әlaqәli Xәbәrlәr