General Yaşar Gülər rusiyalı həmkarı ilə danışdı

Türkiyənin baş qərargah rəisi general Yaşar Gülər Rusiya Federasiyasının Baş Qərargah rəisi general Valeri Gerasimov ilə danışdı.

1228398
General Yaşar Gülər rusiyalı həmkarı ilə danışdı

  Türkiyə Baş Qərargahından verilən yazılı məlumata görə, ordu generalı Y.Gülərlə rusiyalı həmkarı arasında telefon danışığı olub. Söhbət zamanı "İdlib gərginliyin azaldılması bölgəsi"ndə son dövrlər cərəyan edən proseslər, həmçinin bölgədə sabitliyin bərpası üçün atılası addımlar başda olmaqla, Suriya ilə əlaqəli məsələlər müzakirə olunub.



Әlaqәli Xәbәrlәr