Prezident Ərdoğan Yaponiya imperatoru ilə görüşdü

Türkiyə və Yaponiya arasında 1,5 əsrdən bəri davam edən dostluq əlaqələrini daha da möhkəmləşdirdik. Bunu prezident Rəcəb Tayyıb Ərdoğan deyib.

1228212
Prezident Ərdoğan Yaponiya imperatoru ilə görüşdü
erdogan-abe.jpg
erdogan-abe1.jpg

Ərdoğan, G20 zirvəsinə qatılmaq üzrə səfərdə olduğu Yaponiyada Yapon İmperator Naruhito ilə bir araya gəlib. İmperator sarayında baş tutan görüşdə Ərdoğanı həyat yoldaşı Əminə Xanım Ərdoğan müşayiət edib.

Yaponiya Baş naziri Şinzo Abe ilə də iş yeməyində bir araya gələn prezident Ərdoğan mətbuat açıqlamasında Yaponiya səfərini yüksək qiymətləndirib. Qonaqpərvərlikləri üçün Baş nazirə minnətdarlığını bildirib və Osaka şəhərində baş tutan G20 Liderlər Sammitinə uğurlu ev sahibliklərinə görə təbrik edib.

Baş nazir Abe də açıqlamasında Türkiyə ilə Yaponiya arasındakı strateji ortaqlığı irəli pillələrə qaldırmağa çalışdıqlarını vurğulayıb.

Prezident Rəcəb Tayyıb Ərdoğan, Liberal Demokrat Partiyanın Baş katibi və Yaponiya-Türkiyə parlamentlərarası Dostluq Qrupunun Başçısı Toşihiro Nikainin verdiyi ziyafətə qatılıb. Mətbuat mənsublarının iştirakına icazə verilməyən ziyafətdə çıxış edən prezident Ərdoğan Yaponiya səfərinin məhsuldar olduğunu bildirib. İki ölkə arasında yalnız siyasi və iqtisadi sahələrdə deyil, mədəni və elmi sahələrdə də ciddi potensialın olduğuna diqqət çəkən prezident: “Yaponiya ilə Türkiyə arasındakı əhəmiyyətli layihələrdən biri İstanbulda həyata keçirilməsi planlaşdırılan Türk-Yapon Elm və Texnologiya Universitetidir”.

2019-cu ilin Yaponiyada Türk Mədəniyyət İli elan edildiyini xatırladan prezident Ərdoğan bu çərçivədə təşkil ediləcək tədbirlər ilə Türkiyənin zəngin mədəniyyətinin təqdimatının məqsəd götürüldüyünü qeyd edib.

Yaponiya Baş naziri Abenin verdiyi ziyafətə Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Maliyyə naziri Berat Albayrak, Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ərsoy, Milli Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan və prezident administrasiyası yanında informasiya mərkəzinin rəhbəri Fahrəddin Altun da qatıldı.

 



Әlaqәli Xәbәrlәr