Türkiyəyə 5 ayda 12 milyon 757 min əcnəbi turist gəldi
Mədəniyyət və Turizm Nazirliyinin sərhəd giriş-çıxış statistikasına görə, may ayında Türkiyəyə 4 milyon 22 min 254 əcnəbi turist gəlib.

Mədəniyyət və Turizm Nazirliyinin sərhəd giriş-çıxış statistikasına görə, may ayında Türkiyəyə 4 milyon 22 min 254 əcnəbi turist gəlib.
Beləliklə, may ayında əcnəbi turist sayı ötən ilin eyni ayına görə 9,35 faiz artıb.
Türkiyəyə səfər edən əcnəbilərin sayı isə ilin 5 aylıq dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artımla 12 milyon 757 min 522-yə çatıb.
May ayında Türkiyəyə ən çox turist göndərən ölkələrin sırasında 963 min 359 nəfərlə Rusiya birinci yerdədir. Almaniya 410 min 374 turist ilə ikinci, İngiltərə 310 min 4 turistlə üçüncü oldu.
Rusiya ilin 5 aylıq dövründə də Türkiyəyə ən çox turist göndərən ölkədir.
Rusiyadan Türkiyəyə gələn turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,54 faiz artımla 1 milyon 673 min 652 nəfərdir.
Rusiyanı 1 milyon 213 min 857 turist sayı ilə Almaniya, 982 min 717 turist sayı ilə Bolqarıstan təqib edir.
Türkiyəyə may ayında gələn əcnəbi girişlərinin qeyd edildiyi sərhəd-keçid məntəqələri də Antalya, İstanbul və Muğla olaraq sadalandı.