Türkiyə prezidenti mətbuat nümayəndələrinə açıqlamalar verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfərindən əvvəl Ankara Esenboğa Hava Limanında mətbuat nümayəndələrinə açıqlamalar verdi.

1226007
Türkiyə prezidenti mətbuat nümayəndələrinə açıqlamalar verdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixlərində keçiriləcək G20 liderlər sammitində iştirak etmək üçün dünən Yaponiyaya səfər etdi.

 Prezident səfərdən əvvəl Ankara Esenboğa Hava Limanında mətbuat nümayəndələrinə açıqlamalar verdi.
 
 Ərdoğan Türkiyənin Rusiyadan S-400 hava və raket əleyhinə müdafiə sistemlərini almasından sonra  ABŞ-ın sanksiya qərarının olacağı istiqamətindəki iddiaların xatırladılması və belə bir vəziyyətdə Türkiyənin "B" planının nə olacağı barədə verilən suala cavabında bu günə qədər bir neçə dəfə S-400 məsələsində artıq təhvil mərhələsində olduqlarını ifadə etdiklərini xatırlatdı.
 
 Ərdoğan sözünə belə davam etdi: " Türkiyə NATO ölkəsidir. Amerika Birləşmiş Ştatları da  NATO ölkəsidir. Əgər NATO ölkələri bir-birinə sanksiya tətbiq etməyə başladısa, doğrusu, bunu bilmirəm. Amma bizim hazırda ABŞ ilə münasibətlərimiz  strateji tərəfdaşlıq çərçivəsində davam edir. Bu günə qədər cənab Tramp ilə keçirdiyim görüşlərdə o, məndə belə bir təəssürat yaratmadı, alt pillələrdə bəziləri bu növ şeyləri ifadə edirlər".
 
 Osakada Tramp ilə ikitərəfli görüşündə S-400 məsələsini yenidən müzakirə etmə fürsətləri olacağını dilə gətirən Ərdoğan ABŞ prezidenti ilə Suriyadakı son vəziyyətdən də danışacaqlarını bildirdi.
 
 Ərdoğan: "Münbiçə aid verdikləri sözləri yerinə yetirməyiblər.  Münbiçdə hazırda işğalçılar (YPG/PKK) var. Bu işğalçılar sürətlə Fəratın şərqinə çəkilməlidirlər. Münbiç məsələsini təqib edirik, verilən vədlər tutulmalıdır" dedi.
 
 Prezident Ərdoğan ABŞ Senatında qəbul edilən Aralıq dənizinin şərqi ilə bağlı qərar ilə bağlı G20 liderlər sammitində məsələnin gündəmə gəlməsi halında danışacaqlarını ifadə edərək: "Amma bu bölgədə Türkiyənin, Şimali Kiprin haqları var. Adı çəkilən ölkələrin hansı haqları var?. Xüsusilə, Amerikanın orada nə haqqı var?" dedi.
 
 Ərdoğan Türkiyənin Kiprdə zəmanətçi haqqı olduğuna işarə edərək:"Biz Şimali Kiprə qarşı olacaq hər hansı bir hücumda zəmanətçiyik" dedi.



Әlaqәli Xәbәrlәr