Heç bir ölkə Xaşoqçi cinayətinin işıqlandırılması üçün Türkiyə qədər səy göstərməyib

Bunu  Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisi yanındakı daimi nümayəndəsi, səfir Sadiq Arslan BMT-ninenevrə Ofisində davam edən BMT İnsan Haqları Şurasının 41-ci iclasında bildirdi.

1225937
Heç bir ölkə Xaşoqçi cinayətinin işıqlandırılması üçün Türkiyə qədər səy göstərməyib

 Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisi yanındakı daimi nümayəndəsi, səfir Sadiq Arslan BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardın Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi cinayətinə dair açıqladığı hesabatdakı tövsiyələrini dəstəkləməyə çağırdı.

 Səfir Arslan bunu İsveçrədəki BMT-nin Cenevrə Ofisində davam edən BMT İnsan Haqları Şurasının 41-ci iclasında bildirdi.

  İclasda çıxış edən Arslan BMT-nin məhkəməsiz və özbaşına edamlar üzrə  xüsusi məruzəçisi Aqnes Kallamardın ötən həftə açıqladığı və dünən Şuraya təqdim etdiyi hesabata görə məmnuniyyətini dilə gətirərək Xaşoqçi  cinayətinə dair beynəlxalq insan haqları təhqiqatını aparan Kallamarda təşəkkürlərini bildirdi.

 Arslan Kallamardın təhqiqatının "dəhşətli cinayətin" günahkarlarının hesab vermələrini təmin etmək məsələsində  ümidverici olduğunu bildirdi, Kallamardın Türkiyə səfərində səlahiyyətli şəxslərin bu səfərin səmərəli olması üçün böyük səy göstərdiklərini söylədi.

  Türk orqanlarının Kallamarda və qrupuna dəstək verdiyini vurğulayan Arslan Türkiyənin xüsusi məruzəçiyə cinayətə dair bütün məlumatları verdiyini ifadə etdi.

  "Həqiqətən heç bir ölkə bu hadisənin işıqlandırılması üçün Türkiyə qədər səy göstərməyib" deyən  Arslan sözünə belə davam etdi: "Kallamardın ədalətin yerini tapmasını və günahkarların bu cinayətə görə hesab verə bilmələrini təmin etməyi hədəfləyən təkliflərini qətiyyətlə dəstəkləyirik. Xaşoqçinin əbədi rahatlıq içində yatdığından əmin olmaq üçün də beynəlxalq birliyin bütün üzvlərini bu təklifləri dəstəkləməyə dəvət edirik. Bu ona və matəm içində olan ailəsinə borcumuzdur".

Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisi yanındakı daimi nümayəndəsi, səfir Sadiq Arslan Türkiyənin Xaşoqçi cinayəti ilə bağlı tərəfdaşları əməkdaşlığı davam etdirməyə davam edəcəyini də qeyd etdi.

 

 

 



Әlaqәli Xәbәrlәr