Türkiyәnin dövlәt xadimlәri Mursinin ölümü ilә bağlı başsağlığı verdilәr
Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şәntop Misirin demokratik yolla seçilmiş ilk dövlәt başçısı Mәhәmmәd Mursinin şәhid olması ilә bağlı sәxsi internet sәhifәsindәn açıqlama verib.

Türkiyәnin dövlәt xadimlәrin Mursinin ölümü ilә bağlı başsağlığı verdilәr.
Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şәntop Misirin demokratik yolla seçilmiş ilk dövlәt başçısı Mәhәmmәd Mursinin şәhid olması ilә bağlı sәxsi internet sәhifәsindәn açıqlama verib.
Mustafa Şәntop başsağlığı mesajında bu ifadәlәrә yer verib: ‘‘Mursi qanunun aliliyini göstәrmә cәsarәti olan bir liderdir. Mursi hәbs edilsә dә onu hәbs edәnlәrdәn daha azad idi.’’,-deyә Mustafa Şәntop vurğulayıb.
Şәntop açıqlamasında Misir xalqı, İslam alәmi vә istismar olunan millәtlәrә başsağlığı verib.
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә Әdalәt vә İnkişaf Partiyasının mәtbuat katibi Ömәr Çelik dә Mursinin vәfat etmәsi ilә bağlı başsağlığı mesajı yayımlayıblar.
Mövlud Çavuşoğlu Mursinin mәhkәmә iclası zamanı vәfat etmәsi ilә bağlı deyib: ‘‘Dövlәt çevrilişi onu hakimiyyәtdәn uzaqlaşdırsa da, onun әziz xatirәsi ürәklәrdә daim yaşayacaq’’.
Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da şәxsi internet sәhifәsindәn verdiyi açıqlamada bu ifadәlәrә yer verib: ‘‘Qanlı çevrilişlә hakimiyyәtdәn uzaqlaşdırılan Misirin demokratik yolla seçilmiş ilk prezidenti Mәhәmmәd Mursi mәhkәmә iclası zamanı haqqa qovuşdu’’.
Әdalәt vә İnkişaf Partiyasının mәtbuat katibi Ömәr Çelik dә bildirib ki, Misirin demokratik yolla seçilmiş ilk prezidenti Mәhәmmәd Mursi qeyri-qanuni çevrilişlә hakimiyyәtdәn uzaqlaşdırıldı. Mәhkәmә iclası zamanı şәhid oldu. Mәhәmmәd Mursiyә Allahdan rәhmәt dilәyirik. Ömәr Çelik Mursinin nәşinin ailәsinә tәhvil verilmәdәn dәfn edilmәsinә dә reaksiya göstәrib.
Ömәr Çelik deyib: ‘‘Mәhkәmә iclasında vәfat etmiş şәrәfli insanın nәşindәn qorxurlar’’.
Әlaqәli Xәbәrlәr

Muğla vilayətində miqrantlar xilas edildi
Muğlanın Dalaman rayonu sahillərində 16 miqrant xilas edilib.

Türk Hava Yolları İsrailә uçuşları müvәqqәti dayandırıb
Türk Hava Yolları İsrailә bütün beynәlxalq uçuşların müvәqqәti dayandırıldığını açıqlayıb.