ABŞ-a FETÖ ilә bağlı yeni dәlillәr tәqdim olundu

Bunu Türkiyәnin әdliyyә naziri Abdulhәmit Gül bildirib.

1217555
ABŞ-a FETÖ ilә bağlı yeni dәlillәr tәqdim olundu

 

 

Türkiyәnin әdliyyə naziri Abdulhәmit Gül  amerikalı  həmkarı Villiam Bara Fәtullahçı  Terror Təşkilatının (FETÖ) başçısının  ekstradisiya edilməsi ilә bağlı  yeni dәlillәr tәqdim etdiklәrini deyib.

Nazir Gül  Türkiyәnin Fәtullahçı Terror Tәşkilatı ilә bağlı bütün tezislәrini ABŞ-a tәqdim etdiklәrini vurğulayıb.

‘‘Türkiyә üçün çox önәmli bir mövzu olan FETÖ-nün ekstradisiya prosesini әtraflı şәkildә müzakirә etdik. Qarşı tәrәfә tәqdim edilәn sәnәdlәr 2016-ci ilin 15 iyul tarixindә hәyata keçirilәn uğursuz çevriliş cәhdinin  FETÖ tәrәfindәn  törәtdiyini ortaya qoyur. Bu yeni vә önәmli dәlillәr birbaşa ABŞ әdliyyә nazirinә çatdırıldı. Villiam Bar da bu mövzunu yaxından izlәyәcәyini ifadә etdi. Bu mәsәlә ilә bağlı lazımi addımların atılacağına ümidvaram’’,-deyә Türkiyәnin Әdliyyә naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr