Jan İv le Drian Türkiyəyə gəlir

Fransa xarici işlər naziri Jan İb le Drian (Jean Yves Le Drian) Türkiyəyə rəsmi səfərə gəlir.

1217118
Jan İv le Drian Türkiyəyə gəlir

  Türkiyə Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı yayılan məlumatda bildirilib ki, Le Drian ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə iyunun 13-də Türkiyəyə gəlir.

  Fransa xarici işlər nazirinin Türkiyəyə səfəri zamanı baş tutacaq danışıqlarda ikitərəfli əlaqələr, aktual, regional və beynəlxalq mövzular, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlük prosesi məsələsi müzakirə ediləcək.

 



Әlaqәli Xәbәrlәr