"Yeni məhkəmə islahatında 2 təməl perspektiv, 9 məqsəd, 63 hədəf və 256 fəaliyyət var", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində Məhkəmə İslahatı Strategiyası Proqramında etdiyi çıxışında deyib...

1211366
"Yeni məhkəmə islahatında 2 təməl perspektiv, 9 məqsəd, 63 hədəf və 256 fəaliyyət var", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində Məhkəmə İslahatı Strategiyası Proqramında etdiyi çıxışında deyib:

  "Məhkəmə İslahatı Strategiyasında 2 təməl perspektiv, 9 məqsəd, 63 hədəf və 256 fəaliyyət var.

  2005-ci ildən bu yana sürən Avropa İttifaqı müzakirə müddətinin tezliklə tamamlanması bizim qədər Avropa üçün də əhəmiyyət daşıyır.

  Bu islahat sənədiylə Aİ tam üzvlük müddətinə bağlılığımızı da ifadə edir və bu mövzunu daha irəliyə aparmaqla bağlı yeni yanaşmalar ortaya qoyuruq.

  Həbs tədbirlərilə əlaqədar da yeni addımlar atırıq.

  Ətraf mühit, abadlıq və enerji kimi sahələrdə şikayətlərin daha sürətli və düzgün icrasını təmin etmək üçün xüsusi məhkəmələr qurulur.

  Hüquq fakültələrində təhsil müddətinin 5 il olmasını planlaşdırırıq.”



Әlaqәli Xәbәrlәr