Ərdoğanla Tramp arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp arasında telefon danışığı oldu.

1210713
Ərdoğanla Tramp arasında telefon danışığı oldu

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp arasında telefon danışığı oldu.

  R.T.Ərdoğan amerikalı həmkarına S-400 müdafiə sistemilə bağlı ortaq iş qrupu qurulması təklifini təkrar etdi.

  Telefon söhbəti zamanı Yaponiyada təşkil ediləcək G 20 zirvə toplantısında ikili görüşlə bağlı da razılığa gəlindi.

  Türkiyə başçısı polad sektoruna əlavə tarifi aradan qaldırdığı üçün amerikalı həmkarına minnətdarlığını bildirdi və bu qərarın iki ölkə arasında 75 milyard dollarlıq ikili ticarət hədəfinə çatılmasına qatqı təmin edəcəyini vurğuladı.



Әlaqәli Xәbәrlәr