“Fərat qalxanı” əməliyyatı bölgəsində yaralanan əsgər şəhid oldu

PKK/YPG üzvü terrorçuların hücumu nəticəsində yaralanan əsgərimiz Qaziantep şəhərində müalicəsinin davam etdiyi xəstəxanada şəhid oldu.

1208990
“Fərat qalxanı” əməliyyatı bölgəsində yaralanan əsgər şəhid oldu

Suriyada Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” əməliyyatı ilə terrordan təmizlədiyi bölgədə 30 aprel 2019-cu il tarixində terror təşkilatı PKK/YPG üzvü terrorçuların hücumu nəticəsində yaralanan əsgərimiz Qaziantep şəhərində müalicəsinin davam etdiyi xəstəxanada şəhid oldu.

Milli Müdafiə Nazirliyinin açıqlamasında “Fərat qalxanı” əməliyyatı bölgəsində 30 aprel 2019-cu il tarixində terror təşkilatı PKK/YPG üzvü terrorçuların hücumu nəticəsində yaralanan və müalicəsi davam edən əsgərlərimizdən biri bütün müdaxilələrə baxmayaraq şəhid oldu.

Açıqlamada bildirilib ki, bizləri dərin kədərə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə və Türk Silahlı Qüvvələrinə və ulu Türk millətinə başsağlığı verir, səbr diləyirik.



Әlaqәli Xәbәrlәr