"Serbiya sərhədlərində Türkiyə polis formalı məmurlar xidmət göstərəcək", R.T.Ərdoğan

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Eren mayın 25-də Beynəlxalq Demokratlar Birliyinin (UID) Almaniyanın Münih şəhərində təşkil etdiyi iftar proqramında Türkiyə vətəndaşları ilə görüşdü.

"Serbiya sərhədlərində Türkiyə polis formalı məmurlar xidmət göstərəcək", R.T.Ərdoğan

  Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Eren mayın 25-də Beynəlxalq Demokratlar Birliyinin (UID) Almaniyanın Münih şəhərində təşkil etdiyi iftar proqramında Türkiyə vətəndaşları ilə görüşdü.

  YTB tərəfindən Türkiyədə təhsil alan təxminən 170 ölkədən minlərlə tələbəyə təqaüd verildiyini xatırladan A.Eren buradakı çıxışında deyib:

  “Serbiyadan olan tələbələr icazə mövsümündə Avropada yaşayan türklərə yardımçı olacaqlar. Belə ki, bu il ilk dəfə olaraq Serbiya sərhədlərində Türkiyə polis formalı məmurlar xidmət göstərəcək. İcazə mövsümündə Türkiyəyə gələn avropalı türklər üçün Serbiya sərhədində üç Türkiyə polisi və türkcə-serbcə bilən xarici tələbələrimiz olacaq.

  YTB 2010-cu ildə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə qurulub və xaricdəki türklərlə təşkilati olaraq maraqlanır.

  Üç istiqamətdə fəaliyyət göstərən YTB-nin əsas xidmətlərindən biri xaricdəki vətəndaşlarımız və onların problemləriylə maraqlanmaqdır. Avropadakı türk varlığı bir çoxunun meydanoxumalara qarşı mübarizə apararaq dayanır. Bununla yanaşı bizi “Avropadakı türklərin həm də ana vətənə siyasi və ictimai xidmət göstərməsi üçün nə etməliyik?” sualının cavabı, həlli düşündürür.

  Avropadakı türklər başqa ölkələrdən daha çoxdur. Bu vətəndaşlarımızın problemlərini həll etmək üçün həm təşkilatlar, həm də nazirliklər səviyyəsində işlər həyata keçiririk. Mövzu ilə əlaqədar millət vəkillərimizə də tapşırıqlar vermişik.

  YTB-nin insan haqqlarıyla bağlı da təhsil proqramı var.”

  Qeyd edək ki, Münhendə təşkil edilən iftar proqramında Türkiyənin Münhendəki baş konsulu Mehmet Günay və  təxminən 250 qonaq iştirake dib.

  YTB sədri Abdullah Eren iftar proqramından sonra buradakı Türk Vətəndaş Cəmiyyət Quruluşu nümayəndələriylə bir araya gəldi.



Әlaqәli Xәbәrlәr