Türkiyə Afrika qitəsinin sülh, sabitlik və inkişaf istiqamətindəki səylərinə tam dəstək verir

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı bəyanatda Afrika Birliyinin yaranma ildönümü - 25 mayın Afrika günü elan edildiyi xatırladıldı, Birlik və Afrika xalqları üçün əhəmiyyət kəsb edən bu mənalı gün təbrik edildi.

Türkiyə Afrika qitəsinin sülh, sabitlik və inkişaf istiqamətindəki səylərinə tam dəstək verir

Türkiyə dünya səhnəsində fəaliyyəti gedərək artan Afrika qitəsinin sülh, sabitlik və inkişaf istiqamətindəki səylərinə tam dəstək verir.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı bəyanatda Afrika Birliyinin yaranma ildönümü- 25 mayın Afrika günü elan edildiyi xatırladıldı, Birlik və Afrika xalqları üçün əhəmiyyət kəs edən bu mənalı gün təbrik edildi.

Bu gün münasibətilə hər il Türkiyədə də müxtəlif tədbirlər təşkil edildiyi qeyd edilən bəyanatda bu il Afrika günü çərçivəsində, 23 mayda prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın ev sahibliyi ilə Prezident Kompleksində Somali prezidenti Məhəmməd Abdullah Məhəmməd Farmajonun xanımı Zeynəb Abdi Məllimin də iştirak etdiyi iftar proqramının təşkil edildiyi bildirildi.

Tədbirdə eyni zamanda,  Afrika ölkələrin Ankaradakı səfirlərinin həyat yoldaşlarının hazırladıqları "Afrikalı mətbəx mədəniyyəti" kitabının təqdimatının da keçirildiyi barədə məlumat verilən bəyanatda: "Dünya səhnəsində fəaliyyəti gedərək artan Afrika qitəsinin sülh, sabitlik və inkişaf istiqamətindəki səylərinə tam dəstək veririk. Afrika Tərəfdaşlıq Siyasətimiz istiqamətində və 2020-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan 3-cü Türkiyə-Afrika sammitinə gedən prosesdə Afrika ölkələri və Afrika Birliyi ilə hər sahədə əməkdaşlığımızı inkişaf etdirməyə və həmrəyliyimizi nümayiş etdirməyə davam edəcəyik" ifadələri işlədildi.

i.



Әlaqәli Xәbәrlәr