Türkiyә heyәti Nyu Yorkda tәşkil edilәn  iftar proqramında iştirak edib

Nyu Yorkda tәşkil edilәn iftar proqramında iştirak edәn Türkiyә heyәti hәmçinin süryani, ermәni vә yәhudi cәmiyyәtinin nümayәndәlәri ilә dә görüşüb.

1207384
Türkiyә heyәti Nyu Yorkda tәşkil edilәn  iftar proqramında iştirak edib

 

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin tәşkilatçılığı ilә keçirilәn tәdbirlәrә qatılmaq vә müxtәlif  görüşlәr keçirmәk mәqsәdilә Amerika Birlәşmiş Ştatlarının Nyu York şәhәrindә sәfәrdә olan Türkiyә heyәti  şәhәrdәki Türkiyәli biznesmenlәr ilә bir araya gәlib.

Nyu Yorkda tәşkil edilәn iftar proqramında iştirak edәn Türkiyә heyәti hәmçinin süryani, ermәni vә yәhudi cәmiyyәtinin nümayәndәlәri ilә dә görüşüb.

İftarda Türkiyәnin Nyu Yorkdakı baş konsulu Alper Aktaş da iştirak edib.

Tәdbirdә çıxış edәn Türkiyәnin Nyu York şәhәrindәki baş konsulu Alper Aktaş Ramazanın insanların dil, din vә  irqinә baxmadan eyni masa әtrafına toplaşmaq  olduğunu ifadә edib.

‘‘Yemәyi bir şәkildә tapmaq olur amma hәqiqi dostluq çәtin qazanılır’’,-deyә Alper Aktaş qeyd edib.

Tәdbirdә çıxış edәn İstanbul Altınbaş Universitetinin rektoru, Prezident Aparatının Tәhlükәsizlik vә Xarici Әlaqәlәr Şurasının üzvü, professor Çağrı Erhan da Ramazan ayında  müxtәlif mәdәniyyәtlәrә mәnsub insanlarla iftar etmәnin әnәnәyә çevrildiyini deyib. Çağrı Erhan hәmçinin qeyd edib ki, Milad vә Şabatda da müsәlmanların xristian vә yәhudilәrlә eyni masa arxasına otura bilmәsi mәdәniyyәtlәrarası dialoqa töhfә verәcәk.



Әlaqәli Xәbәrlәr