Türkiyə ABŞ mətbuatında əks olunan S-400 iddialarını təkzib etdi

Türkiyə Amerika Birləşmiş Ştatlarının Türkiyəyə S-400 sistemlərinin satın alınması ilə əlaqədar iyunun əvvəlinədək  müddət verməsi iddialarını təkzib etdi.

1206498
Türkiyə ABŞ mətbuatında əks olunan S-400 iddialarını təkzib etdi

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran mətbuat nümayəndələrinə  ABŞ-dakı görüşləri ilə bağlı açıqlamalar verdi.

Kiran ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Türkiyənin Rusiyadan S-400 hava müdafiə  sistemlərini almasına  qarşı olan qərar layihəsinin ötən gün qəbul edilməsi barəsində fikir bildirərək: "Bu gün  qərar layihəsinin konqresdə  qəbul edilməsi ilə birlikdə ABŞ-da S-400 hava müdafiə sistemi məsələsinin fərqli bir müstəvidə müzakirə  edildiyini  təsssüflə müşahidə edirik" dedi.

Xarici işlər nazirinin müavini ABŞ səfəri proqramı çərçivəsində görüşdükləri 6 konqres üzvünə Türkiyənin S-400 alımındakı fəaliyyətlərindən, ABŞ-ın Türkiyənin hava müdafiə sistemi tələbatına müsbət cavab vermədiyindən, bu satın almanın iki ölkənin strateji əlaqələrinə təsir etməyəcəyindən və S-400-ləri alma prosesinin arxa planından bəhs etdiklərini bildirərək: "Biz həm də senatorlar və konqresmenlərin bəzən  təəccübləndiklərinin şahidi olduq və arxa plandan xəbərlərinin olmadığını gördük" dedi.

Türkiyənin S-400 məsələsində ABŞ-ın həssaslıqlarını də nəzərə aldığını dilə gətirən Kıran ABŞ rəhbərliyinin S-400-lərlə bağlı işçi qrupunun yaradılması təklifinə hələ cavab verilmədiyini qeyd etdi.

Nazir müavini işçi qrupu ilə bağlı: "Bunun ABŞ-ın narahatlığının, S-400 sisteminin F-35 döyüş təyyarələrinin varlığını təhlükəyə atacağı ilə bağlı anlaşılmazlığın aradan qalxmasında mühüm rolu olacağına əminik. Bu mövzuda  hər növ diplomatiya və dialoqa açığıq" dedi.

Yavuz Səlim Kıran ABŞ mediasında  əks olunan ABŞ-ın Türkiyəyə S-400-lərin satın alınması ilə bağlı iyunun əvvəlinə qədər qərar qəbul etməsi üçün müddət verməsi iddiaları ilə bağlı verilən sualı bu şəkildə cavablanırdı: "Bizə belə bir şey rəsmi olaraq bildirilməyib. ABŞ mart ayında "Patriot" larla bağlı bizi  təmin etməyən əvvəlki təkliflərini yenidən səsləndirmişdi. Nəzərdə tutulan şeyin bu olduğunu düşünürük".

Türkiyənin S-400 məsələsində hələ də eyni mövqedə olduğunu vurğulayan Kıran S-400 mövzusunun  başa çatdırılmış bir razılaşma olduğunu və S-400-lərlə əlaqədar təlimlərin artıq başladığını bildirdi.



Әlaqәli Xәbәrlәr