Prezidentin müavini Fuad Oqtay Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdü

Ukrayna prezidentinin ofisində mətbuata qapalı keçirilən görüşdə Fuad Oqtay Zelenskini təbrik edərək, Krımın Rusiya tərəfindən ilhaqı barədə Türkiyənin həssaslığının davam etdiyini vurğulayıb.

Prezidentin müavini Fuad Oqtay Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdü

Prezidentin müavini Fuad Oqtay Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdü.

Ukrayna prezidentinin ofisində mətbuata qapalı keçirilən görüşdə Fuad Oqtay Zelenskini təbrik edərək, Krımın Rusiya tərəfindən ilhaqı barədə Türkiyənin həssaslığının davam etdiyini vurğulayıb.

Görüşdə Türkiyə və Ukrayna əlaqələrinin hər sahədə güclənərək davam etməsi, ayrıca iki ölkənin 10 milyard dollar ticarət hədəfinə çatması üçün Türkiyə-Ukrayna Sərbəst Ticarət sazişinin yaxın zamanda imzalanması mövzusunda həmfikir  olunduğu bildirilib.

Qeyd edək ki, Türkiyə prezidentinin müavini Fuad Oqtay Ukraynanın yeni prezidenti Zelenskinin andiçmə mərasimində iştirak etmək üçün dünən bu ölkəyə səfər etmişdi.



Әlaqәli Xәbәrlәr