Mövlud Çavuşoğlu: ‘‘Türkiyәyә gәlәn turist sayı hәr ötәn gün artır’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünyada hәr şeyin sürәtlә dәyişdiyini ifadә edәrәk Avropa İttifaqı, Birlәşmiş Millәtlәr Tәşkilatı vә Avropa Şurasının  bu dәyişikliklәri tәqib edә bilmәdiyini deyib.

1199572

Antalyanın Alanya qәsәbәsindә görüşlәr keçirәn Mövlud Çavuşoğlu Ticarәt vә Sәnayә Palatası tәrәfindәn tәşkil edilәn  iftar proqramında iştirak edib.

Burada açılış nitqi ilә çıxış edәn Mövlud Çavuşoğlu Türkiyәyә gәlәn turist sayının hәr ötәn gün artığını bildirib.

Nazir Çavuşoğlu dünyada hәr şeyin sürәtlә dәyişdiyini ifadә edәrәk Avropa İttifaqı, Birlәşmiş Millәtlәr Tәşkilatı vә Avropa Şurasının  bu dәyişikliklәri tәqib edә bilmәdiyini deyib.

"Başqalarını tәnqid edәn bir çox ölkә var. Bәzәn bizә deyirlәr: ‘‘Bir milyon әhalisi olan ölkәlәrә niyә sәfәr edirsiniz?’’ Hәr ölkә bizim üçün önәmlidir. Hәr şey ticarәt demәk deyil. Biz dünyanın bütün ölkәlәri ilә әlaqәlәrimizi inkişaf etdirmәyә çalışırıq. İdarә edә bilmәyәcәyimiz böhran da yoxdur, hәll edә bilmәyәcәyimiz problem dә’’,-deyә Türkiyәnin xarici işlәr naziri qeyd edib.

Әlaqәli Xәbәrlәr