Xarici İşlər Nazirliyinin Ankaradakı bəzi diplomatik missiyalara Şərqi Aralıq dənizi brifinqi

Xarici İşlər Nazirliyi Ankaradakı bəzi diplomatik missiyaların nümayəndələrinə Şərqi Aralıq dənizindəki son vəziyyət və Fateh qazma gəmisinin Türkiyənin dənizbidi ərazilərindəki fəaliyyətləri barədə brifinq təqdim edib.

1199171

Xarici İşlər Nazirliyi səlahiyyətlilərin verdiyi məlumata görə, İkili Siyasi İşlər və Dənizçilik-Havaçılıq-Sərhəd işləri üzrə baş dirəktör əvəzi Çağatay Ərciyəsin keçirdiyi birifinqdə Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası üzvləri, bölgə ölkələri və əlaqədar digər ölkələrdən nümayəndələr iştirak edib.

Brifinqdə Şərqi Aralıq dənizində dəniz səlahiyyəti sahələrinin məhdud edilməsi barədə Türkiyənin beynəlxalq hüquqa uyğun haqlı tezisləri şərh edilib.

Brifinq zamanı məhdudiyyətlə bağlı razılaşmalar və məhkəmə qərarlarından nümunələrlə ətraflı məlumat çatdırılıb.

Ayrıca üçüncü tərəflərin dəniz səlahiyyət sahələrinə dair məsələlərdə tərəf olmamalarının vacibliyi vurğulanıb.

Türkiyənin həm özünün dənizdibi ərazilərində, həm də Şimali Kıbrıs Türk Cümhuriyyətinin Türkiyə neftlərinə sənəd verdiyi sahələrdə seysmik və qazma fəaliyyətlərini qətiyyətli şəkildə davam etdirəcəyi tərəf müqabillərinin diqqətinə çatdırılıb.

Әlaqәli Xәbәrlәr