XİN M.Çavuşoğlu 9 May Avropa Günü münasibətiylə açıqlama yayıb

Türkiyənin Avropa ittifaqına əsas qatqısı ancaq tam hüquqlu üzvlüyünün qəbulu ilə mümkün olar. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyi

1198324
XİN M.Çavuşoğlu 9 May Avropa Günü münasibətiylə açıqlama yayıb

b.Çavuşoğlu 9 May Avropa Günü münasibətilə yaydığı açıqlamada: Avropada daimi sülhün bərpa edilməsini və bütöv bir Avropa yaradılmasını məqsəd götürən “Schuman Bəyannaməsi”nin açıqlandığı 69 il ərzində xeyli addımlar atıldı. Bunu danmaq olmaz. Ancaq əldə etdiklərimizi qorumaq və inkişaf etdirmək üçün daha çox səy ətmək məcburiyyətindəyik. Avropa layihəsi bir çox faktla sınanır. Qlobal qeyri-müəyyənliklərin, xarici düşmənliyin, İslam əleyhdarlığının artdığını, universal dəyərlərin və alyansın gələcəyinin təhlükələrlə qarşılaşa biləcəyini gözdən yayındırmaq olmaz. Avropa ittifqı bir yol ayrıcındadır. Ya qlobal bir bir güc olacaq və bunun tələb etdiyi faktları mənimsəyəcək və ya populist və radikal qrupların izlədikləri siyasi prinsiplərə boyun endirəcək. Lakin ikinci yanaşma şübhəsiz ki Türkiyənin alyansdan uzaqlaşmasına gətirib çıxarar. Türkiyə strateji hədəf kimi qəbul etdiyi Avropa İttifaqına tam hüquqlu üzvlük prosesiylə bağlı öhdəliklərinə əməl etməkdə davam edir. Alyans Türkiyənin Avropa İttifaqına qatqısının nə olacağına daha geniş perspektivdən baxmalı və buna uyğun addım atmalıdır. Məlumdur ki, ‘Schuman Bəyannaməsi’, “Qarşılaşdığımız təhlükələrlə mütənasib olaraq yaradıcı səylər göstərməzdən dünya sülhünü qorumaq mümkün olmaz”, cümləsi ilə başlayır. Bəs Avropa xalqları olaraq bizlər, Avropa proyektini təhdid edən sınamalara qarşı yaradıcı həll yolları tapmaq uğrunda sahib olduğumuz dəyərləri gücləndirmək və yaymaq üçün lazımlı səyi etməliyik. Türkiyə bu normlar çərçivəsində Avropa İttifaqına qatqı təmin etməkdə hazırdır. Alyansa namizədliyimizin qəbul edildiyi 1999-cu ildən bəri Türkiyədə də qeyd olunan 9 May Avropa Günü mübarək olsun”- deyə M. Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr