“Ramazan-ı Şərif Türkiyə və İslam dünyası üçün xeyrli olsun”: Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Ramazan-ı Şərifin Türkiyə, İslam dünyası və bütün insanlıq üçün xeyrli olmasını diləyib.

1196749
“Ramazan-ı Şərif Türkiyə və İslam dünyası üçün xeyrli olsun”: Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında müqəddəs Ramazan ayının yardımlaşma ayı olduğunu ifadə edərək: “Sülh dini olan İslamın hər cür pisliyi, zülmü qadağan, yaxşılığı, gözəlliyi, ehsanı, yardımlaşmayı təşviq etdiyi ramazan ayını müqəddəsliyinə layiq yaşamalıyıq. Bu müqəddəs günlərdə Müsəlman qanı tökən İsrail, Suriyada Bəşər Əsəd rejimi, Misirdə hərbi çevriliş ilə iqtidarı ələ keçirən Abdülfettah əl Sisi kimi strukturlara və separatçı terror təşkilatı PKK kimi qatillərə qarşı mübarizədə ciddi əməkdaşlığa zərurət vardır. 35 ildir İraq ərazilərindəki terrorçular ölkəmizin əleyhinə xain əməllərini davam etdirirlər. Son zamanlarda isə Kipr, Şərq Aralıq dənizi və Egey dənizində Türkiyənin haqqlarını qəsb etməyə istiqamətli addımlar atılır. Türkiyənin bütün öhdəliklərinə əməl etməsinə baxmayaraq Avropa İttifaqına tam hüquqlu üzvlüyü müxtəlif səbəblər irəli sürülərək qəbul edilmir. Amerika Birləşmiş Ştatları Türkiyənin maraqlarına zidd bölgə siyasəti izləyir və ölkəmi hər fürsətdə sanksiya tətbiqi ilə təhdid edir. Ancaq Türkiyə və Türk Milləti bu mənfiliklər qarşısında insanlığın və ümmətin izzəti, ləyaqəti, ədaləti uğrunda mübarizədən imtina etmir. Bu mübarək günlərdə hər kəsi, millətin, ümmətin və insanlığın xeyirli, dinc, təhlükəsiz, firavan gələcəyi üçün dua etməyə dəvət edirəm. Rəbbimiz, bizə çətinliklərlə birlikdə asanlıqların da olduğunu müjdələyir. Ən böyük gücümüz xalisanə dualarımız, ibadətlərimiz olduğu üçün bu müqəddəs günləri də yaxşı dəyərləndirəcəyimizə inanıram” deyə prezident Ərdoğan vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr