"ABŞ-ın 5 may açıqlaması reallıqdan uzaqdır"

Türkiyə Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizində davam edən qazma fəaliyyətinə dair ABŞ-ın açıqlamasına belə cavab verib..

1195992
"ABŞ-ın 5 may açıqlaması reallıqdan uzaqdır"

  Türkiyə Şərq Aralıq dənizində qazma fəaliyyətilə bağlı Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 5 may açıqlamasının reallıqdan uzaq olduğunu bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizində davam edən qazma fəaliyyətinə dair ABŞ-ın açıqlamasına belə cavab verib:

  “Kıbrıs Rum Kəsiminin (Cənubi Kipr) region ölkələri ilə Məhdudlaşdırılmış İqtisadi Zona müqavilələri nə Türkiyə, nə də qıbrız türkləri üçün keçərli deyil. Çünki regionda bütün bağlı sahilyanı ölkələr arasında beynəlxalq hüquq normaları əsasında haqqa söykənən məhddlaşdırma müqavilələri hələ tamamlanmayıb. Belə olduğu halda, üçüncü tərəflərin özlərini beynəlxalq məhkəmə yerinə qoyaraq dəniz sərhədlərinin haradan keçəcəyini təyin etməyə çalışmaları qəbul edilə nilməz. Bu mənada ABŞ-ın rumların (yunan) iddia etdiyini təkrarlayaraq sanki “etibarlı məhdudlaşdırma müqaviləsi” varmış kimi Türkiyəyə çağırış etməsi konstruktiv və beynəlxalq hüquqa uyğun bir yanaşma deyil.

  Türkiyəyə məxsus qazma və seysmik gəmiləri işlərinə davam edəcəklər.”



Әlaqәli Xәbәrlәr