"ABŞ mətbuat azadlığının arxasına gizlənməkdən əl çəkməlidir", F.Altun

Fəxrəddin Altun Türkiyənin ABŞ-ın mətbuat azadlığının arxasına gizlənməkdən əl çəkməsi barədəki təkidlərini davam etdirəcəyini bildirdi.

1194642
"ABŞ mətbuat azadlığının arxasına gizlənməkdən əl çəkməlidir", F.Altun

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın Ankara Səfirliyinin Beynəlxalq Mətbuat Azadlığı Günündə sosial şəbəkə hesabı “Twitter” üzərindən etdiyi paylaşmasına toxunaraq bildirib ki, ABŞ-ın mətbuat azadlığının arxasına gizlənməkdən əl çəkməsi barədə təkidlərimizi davam etdirəcəyik.

Altun Səfirliyin “Twitter” səhifəsində yer alan “Türkiyəni ifadə azadlığına, adələtli məhkəmə olması barədə zəmanət verməyə və məhkəmələrin müstəqilliyinə hörmət etməyə, bunları zəmanət altına almağa çağırmağa davam edəcəyik” ifadələrinə şəxsi hesabı üzərindən cavab verib: “ABŞ-ın mətbuat azadlığının arxasına gizlənməkdən əl çəkməsi barədə təkidlərimizi davam etdirəcəyik. Rəsmi Vaşinqton digər ölkələri günahlandırmaq əvəzinə ifrat səviyyədə yoxsulluq və irq ayrı-seçkiliyi kimi uzun müddətdir davam edən problemlərlə maraqlanmalıdır”.  



Әlaqәli Xәbәrlәr