Pakistan FETÖ ilə əlaqəli qurumları ölkənin terror təşkilatları siyahısına saldı

Pakistan FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqəli qurumları terror təşkilatları siyahısına saldı.

1193422
Pakistan FETÖ ilə əlaqəli qurumları ölkənin terror təşkilatları siyahısına saldı

  Pakistan FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqəli qurumları terror təşkilatları siyahısına saldı.

  Pakistan Daxili İşlər Nazirliyi Pakistan Konstitusiya Məhkəməsinin FETÖ əlaqəli Pak-Türk Beynəlxalq Əsr Təhsil Fondunun terror təşkilatı qəbul etməsi və mal varlıqlarının Türkiyə Maarif Fonduna (TMV) təhvil verməsi qərarından sonra qurumun ölkənin terror təşkilatları siyahısına salındığını bildirib.

  Nazirlik FETÖ əlaqəli təşkilatın 18 aprel 2019-cu ildən etibarən terror təşkilatı elan edildiyini göstərən yenilənmiş sənədi yayınlayıb. Bu sənədə görə, Pakistan Konstitusiya Məhkəməsi 2018-ci ilin dekabrında FETÖ-nü terror təşkilatı elan edib və təşkilata bağlı 28 məktəbin Türkiyə Maarif Fonduna təhvil verilməsinə qərar verib. Bundan sonra TMF 2019-cu ilin yanvar ayından İslamabaddakı mərkəzi tədris korpusu və təşkilatın ən çoxu Pəncab əyalətində yerləşən məktəblərini təhvil alıb. Eyni ayda Hayber Pahtunhva və Sindhdəki məktəbləri də təhvil alan Türkiyə Maarif Fondu son olaraq Belucistandakı məktəbləri tərkibinə daxil edərək bununla ölkədəki bütün FETÖ məktəblərini öz damı altında toplayıb.

  Qeyd edək ki, məhkəmə FETÖ-nün ölkədəki məktəblərini geri almaq üçün etdiyi müraciəti fevral ayında rədd etmişdi.



Әlaqәli Xәbәrlәr