Ərdoğan 1 May- Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə açıqlama yaydı

Prezident Rəcəb Tayyib Ərdoğan 1 May- Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibetile açıqlama yaydı.

1192686
Ərdoğan 1 May- Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə açıqlama yaydı

Prezident Rəcəb Tayyib Ərdoğan 1 May- Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibetile açıqlama yaydı.

Ərdoğan “Zəhmət və alın tərilə ölkəmizin böyüməsi və inkişafında mühüm rol oynayan fəhlə və zəhmətkəş qardaşlarımızın 1 May- Zəhmətkəşlərin Bəynəlxalq Həmrəylik Günü münasibətilə təbrik edirəm” deyib.

Bütün dünyada fəhlə və zəhmətkeşlərin birlik və həmrəylik günü kimi qeyd olunan 1 mayın haqlı və ədalətli şəraitdə bir iş mühitinə gətirib çıxarmasını arzu edən Ərdoğan "Vəzifəyə gəldiyimiz gündən bu yana zəhmətkeşlərimizin problemlərinə hər zaman səmimiyyətlə həll yolu tapmağa cəhd göstərmişik. Məşğulluğu artırmaq, işsizlik nisbətini azaltmaq üçün bir çox tədbiri, proqramı həyata keçirdik. Bu anlayışla əməkçilərimiz puldan sosial hüquqlara qədər hər sahədə mühüm nailiyyətlər əldə etdilər"iifadələrini işlədib.

Əməkçilərin demokratik yollarla dilə gətirdiyi bütün tələbləri nəzərə alaraq, dövlətin bütün qurumları, həmkarlarla, qeyri-hökumət təşkilatları, işçilərin problemlərinin həlli və həyat şəraitinin yaxşılaşdırılması işlərində işləməyə davam edəcəklərini ifadə edən Ərdoğan açıqlamasında bildirib ki, fəhlə və zəhmətkeş qardaşlarımızın, istehsaldan gələn güclərindən istifadə edərək, haqlı tələblərini demokratik platformada dilə gətirməsi, problemlərin qarşılıqlı dialoq və həmrəylik içərisində həll edilməsi vacibdir. 1 May- Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Gününün mənasına uyğun şəkildə, təxribatlardan uzaq bir bayram kimi qeyd olunmasını arzulayır, bütün həmvətənlərimi ən qəlbi duyğularımla salamlayıram" deyib.



Әlaqәli Xәbәrlәr