Türkiyə ilə İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

Bu barədə  Xarici işlər Nazirliyi açıqlama verib.

1191713
Türkiyə ilə İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə ilə İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

 Xarici işlər Nazirliyinin açıqlamasına görə, Türkiyə ilə İran arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini səfir Sədat Önal ilə İran xarici işlər nazirinin müavini səfir Abbas Arakçi başçılığındakı nümayəndə heyətləri sabah paytaxt Ankarada görüşlər keçirəcək.

 Siyasi məsləhətləşmələrdə ikitərəfli əlaqələrin müzakirəsilə yanaşı, regional və beynəlxalq proseslər haqqında fikir mübadiləsi aparılması da nəzərdə tutulur.

 İranın xarici işlər naziri Cavad Zərif 17 apreldə Ankaraya rəsmi səfər etmişdi.

Zərif səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilmiş və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirmişdi.



Әlaqәli Xәbәrlәr