Mövlud Çavuşoğlu İraq Kürd Regional Rəhbərliyinin baş naziri ilə görüşdü
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İraq səfəri proqramı çərçivəsində İraq Kürd Regional Rəhbərliyinin baş naziri Neçrivan Bərzani ilə görüşdü.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İraq səfəri proqramı çərçivəsində paytaxt Bağdad və Bəsrədə keçirdiyi görüşlərdən sonra Ərbilə getdi. Nazir burada İraq Kürd Regional Rəhbərliyinin baş naziri Neçrivan Bərzani ilə mətbuata qapalı təkbətək görüş keçirdi. Daha sonra heyətlərarası görüş baş tutdu.
Nazir Çavuşoğlu görüşlərdən sonra Bərzaninin onun şərəfinə verdiyi ziyafətə qatıldı.
Çavuşoğlu Ərbildəki görüşləri çərçivəsində İraq Kürd Regional Rəhbərliyinin Təhlükəsizlik Agentliyinin müşaviri Məsrur Bərzani və Türkmən siyasi nümayəndələrlə də bir araya gəldi.
Türkiyənin xarici işlər naziri ötən gün Bağdadda İraqın baş naziri Adil Əbdülmehdi, həmkarı Məhəmməd Əli əl-Həkim, parlament sədri Məhəmməd əl-Halbusi və Türkmən millət vəkilləri ilə, daha sonra Bəsrədə Vali Əsəd əl-İdani ilə görüşmüşdü.
Әlaqәli Xәbәrlәr

Türkiyədə peyvənd olunanların sayı 644 mini keçib
Türkiyədə koronavirus əleyhinə vaksinasiya prosesindən keçən vətəndaşların sayı 644 mini keçib.