Türkiyənin Vaşinqtondakı səfiri ABŞ prezidentinin bəyanatına reaksiya göstərdi

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatının qərəzli və qəbuledilməz olduğunu bildirdi.

1189467

 Səfir Kılıç Trampın 1915-ci ildəki hadisələrlə bağlı işlətdiyi ifadələrə "Twitter" vasitəsilə cavab verdi.

Türkiyə səfiri bölüşdüyü ismarışında bunları yazdı: "Prezident Trampın 1915-ci il hadisələri haqqındakı əsassız iddialar barədə verdiyi bəyanatı erməni daşnak dəstələrinin görünməmiş zülmünə məruz qalan yüz minlərlə müsəlmanın ağrı-acısını yenə görməzlikdən gələn, ön mühakimə ilə qələmə alınan bir bəyanat olaraq tamamilə qəbuledilməz xarakter daşıyır".

 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün ermənilər tərəfindən 1915-ci il hadisələrinin ildönümü olaraq qəbul edilən 24 aprel ilə  əlaqədar erməni dilində "böyük fəlakət" mənasına gələn "meds yeghern" ifadəsini işlədib.

 Türkiyə Xarici İşlər Nazirliyi də Trampın ifadəsi ilə bağlı yazılı bəyanat yayıb və reaksiyasını bu şəkildə bildirib:  "ABŞ prezidenti Donald Trampın 1915-ci il hadisələrinə dair 24 aprel 2019-ci il tarixli bəyanatını rədd edirik. Ermənilərin uydurduqları subyektiv anlayışı əsas götürən bu bəyanatın heç bir dəyəri yoxdur. Tarixin daxili siyasi mülahizələrlə təhrif edilməsi heç bir vəchlə qəbul edilə bilməz" .

Әlaqәli Xәbәrlәr