"1915-ci il hadisələri siyasi mənfəətlərə vasitə edilmədən müzakirə olunmalıdır", F.Altun

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun 1915-ci il hadisələrinin siyasi mənfəətlərə vasitə edilmədən müzakirə olunmasının vacibliyini dilə gətirib.

1189179

Fəxrəddin Altun 1915-ci il hadisələrilə əlaqədar şəxsi “Twitter” həsabında yer alan açıqlamasında bildirib ki, 1915-ci il hadisələri doğru və həqiqi məlumatlar işığında, siyasi mənfətlərdə vasitə kimi istifadə edilmədən müzakirə olunmalı və üçüncü ölkələrin təktərəfli qənaətlərinə əsaslı ideoloji düşüncələrdən əl çəkilməlidir. 1915-ci il hadisələrinə istiqamətli təsisedici və balanslı bir yanaşma ilə hərəkət edilməli və iki tərəfin də itkilərinin və kədərlərinin olduğu nəzərə alınmalıdır.  

“800 il birlikdə yaşayan türklərin və ermənilərin bu gün həqiqi bir dialoq yolu ilə həll edə bilməyəcəkləri problem yoxdur.  Müstəmləkəçi qüvvələrin ölkəmizi qondarma erməni soyqırımı iddiaları ilə yola gətirmə təşəbbüslərinə və tarixin siyasiləydirilməsinə icazə verilməməlidir” deyə Altun qeyd edib.

Fəxrəddin Altun 1915-ci il hadisələrinin soyqırım olduğuna dair dünyada siyasi və akademik sahədə razılıq yaxud hüquqa əsaslanan bir qərar olmadığını söyləyib.

Altun “Türkiyənin 1915-ci il hadisələrinə dair həll yolu cəhdlərini gözdən yayındıraraq, üçüncü ölkələrin təktərəfli qənaətlərini irəli sürmələri və hökmü olmayan qərarlar qəbul etmələri həqiqətin ortaya çıxarılması cəhdlərini çətinliklə qarşı qarşıya qoyur” ifadəsini işlədib.

Әlaqәli Xәbәrlәr