Akar: "PKK Bəraət qəndili gecəsində hücum edərək, nə qədər alçaq, xain və qəddar olduğunu göstərdi"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar separatçı terror təşkilatı PKK-nın nə qədər alçaq, xain və qəddar olduğunu Bəraət qəndili gecəsində hücum edərək göstərdiyini söylədi.

1187209
Akar: "PKK Bəraət qəndili gecəsində hücum edərək, nə qədər alçaq, xain və qəddar olduğunu göstərdi"

 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar,  Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Quru Qüvvələri komandanı, ordu generalı Ümid Dündar terrorla mübarizə əməliyyatı zamanı sərhəd xəttində terrorçularla çıxan qarşıdurmada şəhid olan 4 əsgərin nəşinin məmləkətlərinə göndərilməsi mərasimindən sonra 3-cü Piyada Diviziyası Komandanlığına gəldilər.
 
 Əməliyyat Mərkəzində bir gün əvvəl sərhəd xəttində terror əməliyyatında çıxan münaqişəyə dair ətraflı məlumat alan Akar göstərişlər verdi.
 
 Xain və qəddar terror aktı səbəbindən qəhrəman silah yoldaşlarını itirməkdən duyduğu kədəri dilə gətirən milli müdafiə naziri: "Həyata keçirilən əməliyyatlar nəticəsində ağır itkilər verən və tükənmə nöqtəsinə gələn terror təşkilatı PKK Bəraət qəndili gecəsində baza bölgəmizə hücum edərək bir daha nə qədər alçaq, xain və qəddar olduğunu göstərdi" deyə danışdı.
 
 Akar sözünə davam edərək dedi: "Bu iyrənc hücumlar bizləri qorxutmayacaq, millətin qüruru olan Türkiyə Silahlı Qüvvələri ona həvalə edilən vəzifələri keçmişdə olduğu kimi gələcəkdə də artan əzm və qətiyyətlə yerinə yetirəcək".



Әlaqәli Xәbәrlәr