İbrahim Kalın: ‘‘Suriya sәrhәdindәki tәhlükәsiz bölgә faktiki olaraq yaradılıb’’

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Suriya-Türkiyә sәrhәdindәki tәhlükәsiz bölgәnin faktiki olaraq yaradıldığını deyib.

1186240

İbrahim Kalın Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәn Nazirlәr Kabinetinin yığıncağı ilә bağlı mәtbuat konfransı tәşkil edib.

İbrahim Kalın Suriyanın Münbiç bölgәsindә Türkiyә vә Amerikanın rәhbәrliyi ilә keçirilәn birgә nәzarәt fәaliyyәtlәrini davam etdiyini söylәyib.

Yeni nәzarәt fәaliyyәtlәrinin hәyata keçirilmәsi üçün danışıqların davam etdirildiyini bildirәn İbrahim Kalın  Türkiyә-Suriya sәrhәdindәki  tәhlükәsiz bölgәnin faktiki olaraq yaradıldığını qeyd edib.

‘‘Bu bölgәdә nә PKK ilә DEAŞ terrorçuları, nә dә rejimә sadiq qüvvәlәr var. Burada yerli xalq öz imkanları vә Türkiyә ilә beynәlxalq ictimaiyyәt tәrәfindәn dәstәklәnәn Azad Suriya Ordusuyla bölgәni vә daxili iqtisadiyyatını idarә edir’’,-deyә Türkiyә Prezident Aparatının mәtbuat katibi vurğulayıb.

İbrahim Kalın bildirib ki, Türkiyә öz tәhlükәsizliyi ilә bağlı tәdbirlәri  bundan sonra da qәtiyyәtlә görmәyә davam edәcәk.

Әlaqәli Xәbәrlәr